İtaliya D Seriyasında maraqlı hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, bu qış "Cavese" klubuna keçən Paolo Lomasto debüt etməyə hazırlaşarkən qeyri-adi səbəbdən qırmızı vərəqə alıb.
Komandanın baş məşqçisi onu "Santa Maria Kliento" ilə matçın son dəqiqələrində meydana daxil olmaq üçün isinmə hərəkətinə göndərib. Bu vaxt o, yan xəttin yaxınlığında "təbii ehtiyacı"nı ödəyib. Sidiyə çıxarkən isə hakimə yaxalanıb və oyunun 90+2-ci dəqiqəsində qırmızı vərəqə alıb.
Çempionatın İntizam Komitəsi 32 yaşlı mərkəz müdafiəçini "isinmə mərhələsində meydançada sidiyə getdiyi üçün" bir oyunluq yarışdan kənarlaşdırıb.
Mirağa