Azərbaycan şahmatçısı Abdulla Qədimbəyli Serbiyanın Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edir.
Fanat.Az xəbər verir ki, şahmatçımız altı turdan sonra 4 xal toplayıb və liderdən 0,5 xal geri qalaraq 3-cü pillədə qərarlaşıb.
Yarışda 8 ölkədən ümumilikdə 16 şahmatçı iştirak edir. 9 turdan ibarət turnirə fevralın 13-də yekun vurulacaq.