“Beşiktaş”ın baş məşqçisi Önder Karaveli Azərbaycan millisini çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Fotospor.com” saytı məlumat yayıb.
Xəbərə görə, AFFA türk mütəxəssisi yığmamızın “sükanı arxasında” görmək istəyir.
Qeyd edək ki, Karaveli 2020-2021-ci illərdə “Qarabağ” klubunun akademiyasında çalışıb.