Zaqreb "Dinamo"sunun baş məşqçisi Jelko Kopiç Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin "Qoritsa"ya qarşı sabah keçirəcəkləri çempionat matçında debüt edib-etməyəcəyi ilə bağlı suala cavablandırıb.
Fanat.Az "Večernji List"ə istinadən xəbər verir ki, mütəxəssisin cavabı belə olub:
"Emreli komanda ilə birlikdə məşq edir. Bugünkü məşqdən sonra sabahkı görüş üçün heyəti müəyyənləşdirəcəyik. Hücum xəttində keyfiyyətli futbolçularımız var".