Azərbaycanın 2 güləş hakimi ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə Dünya Güləş Birliyi (UWW) qərar verib. Ali qurum ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyevlə Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib.
Bununla da ən yüksək dərəcəyə sahib referilərimizin sayı 3-ə çatıb. Xatırladaq ki, Tokio-2020-də ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir.
Qeyd edək ki, Olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə sahib olan hakimlər idarə edir.