Futbol üzrə Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun komandası - “Bursaspor” da növbəti matçına çıxıb.
"Yaşıl timsahlar" səfərdə “Samsunspor”la heç-heçə edib – 1:1.
Start "11-lik"də yer alan Namik 82-ci dəqiqədə əvəzlənib.
24 tura 24 xal toplayan “Bursaspor” turnir cədvəlində 19 kollektiv arasında 15-ci pillədədir.