Gənclər və İdman Nazirliyi ölkədə keçirilən daxili idman yarışlarını canlı yayımına start verib.
Fanat.Az xəbər verir ki, ilk sınaq dünən voleybol üzrə Azərbaycan çempionatında “Azərreyl” - UNEC qarşılaşması olub. UNEC-in 3:2 qalib gəldiyi oyun AGİN-in "Facebook", "Instagram" səhifələrində və "Youtube" kanalında canlı yayımlanıb.
Yayım Avropa Voleybol Konfederasiyasının da diqqətini çəkib və bu barədə qurumun rəsmi saytında da xəbər paylaşılıb.
Nazirlik qarşıdakı günlərdə voleybol üzrə kişi və qadın liqalarının növbəti oyunlarını, gimnastika üzrə ölkə çempoinatını, eləcə də təqvim üzrə digər növlər üzrə çempionatları da canlı yayımlamağı qarşıya məqsəd qoyub. Canlı yayım zamanı oyunları nazirlik əməkdaşları ilə yanaşı, federasiyaların mütəxəsissləri şərh edəcəklər.