Qış fasiləsində Polşanın 4-cü liqa təmsilçisi "Sokol Slopnitse"yə keçən azərbaycanlı qapıçı Şahin Zəkiyev yeni komandasında oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, hazırda sözügedən liqada fasilə davam edir.
Çempionat martda bərpa olunacaq. Yanvarın 10-dan hazırlıqlara başlayan "Sokol Slopnitse" hazırda yoxlama oyunları keçirir ki, Zəkiyev də sınaq matçlarında iştirak edib. 22 yaşlı qolkiper artıq iki oyunda "çərçivə"ni qoruyub. Komandası fevralın 5-də "BKS Boşnia" ilə matçda 3:1, şənbə günü isə "Dalin"lə görüşdə 2:1 hesabı ilə qalib gəlib. Şahin son matçda penalti dəf edib.
"Sokol Slopnitse" bu şənbə günü daha bir yoxlama matçı oynayacaq. Görüş Mylenice şəhərində baş tutacaq. Rəqib "Orzel" komandası olacaq.
Qeyd edək ki, Şahin Zəkiyev qış fasiləsi ərəfəsində "Səbail"dən ayrılıb.
Mirağa