Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanı Abdulla Qədimbəyli təmsil edəcək.
Doqquzu qrossmeyster olmaqla 24 şahmatçının iştirakı ilə İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.
Yarış fevralın 22-dək davam edəcək.