Kamran Ağayevdən sonra "Səbail" klubunun daha bir oyunçusu karyerasını bitirmək qərarına gəlib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Şəhriyar Rəhimov butslarını mıxdan asmağa qərar verib.
Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olub.
"Səbail" üç mövsüm "dənizçilər"in uğurları üçün çalışan futbolçuya təşəkkür edib.
Rəhimov 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində komandanın heyətində ümumilikdə 50 oyun keçirərək 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.