Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçisi Benito Karbone İngiltərənin "Bredford" klubuna müraciət ünvanlayıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis 2-ci liqa təmsilçisini çalışdırmaq arzusundadır.
Karbone sözügedən klubun sabiq baş məşqçisi Derek Adamsın istefaya göndərilməsindən sonra rəhbərliyə öz xidmətini təklif edib.
Qeyd edək ki, Karbone 2020-ci ildən Azərbaycan yığmasında işləyir. O, 2000 - 2002-ci illərdə futbolçu kimi "Bredford"da top qovub.