Topaz Premyer Liqasında XXII turun rəmzi komandası müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı "11-liy"ində 5 komandanın üzvləri yer alıb.
Son turda üz-üzə gələn və 2:2 hesablı heç-heçəyə razılaşan "Neftçi" və "İnter"in 3 üzvü rəmzi komandaya düşüb. "Bakı" və "Simurq"dan 2, "Rəvan"dan isə bir futbolçu fərqlənib.
Qapıçı: Lukaş Sapela (Rəvan).
Müdafiəçilər: Yohan Bokonyano (İnter), İdan Vaytsman (Simurq), Laşa Salukvadze (İnter), Emin Mehdiyev (Neftçi).
Yarımmüdafiəçilər: Vaqif Cavadov (İnter), Rəşad Sadiqov (Neftçi), Aleksandar Soliç (Bakı), Araz Abdullayev (Neftçi).
Hücumçular: Draqan Çeran (Simurq), Rauf Əliyev (Bakı).
Fanat.az