"Neftçi" PFK-ya texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, AFFA-nın 17 yaşadək futbolçular arasında keçirdiyi çempionatda qayda pozuntusu baş verib.
Ötən turda baş tutan "Neftçi" İK - "Neftçi" PFK (0:3) oyununda qonaq komanda meydana sarı vərəqə cəzalısı olan futbolçunu buraxıb.
Maraqlıdır ki, "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elman Sultanov da bundan xəbərsizdir. Belə ki, saytımıza açıqlamasında cəzalı futbolçu oynatmadıqlarını bildirib: "Kim sizə deyib, bilmirəm. Bizdə cəzalı futbolçu futbolçu olmayıb".
Mənbəmizdən aldığımız məlumata görə, AFFA-nın İntizam Komitəsinin növbəti iclasında bu oyunla bağlı qərar açıqlanacaq.
Mirağa