14:01 16.02.2022 2399

\"Qarabağ\" \"Olimpik Marsel\"ə qarşı necə oynamalıdır? - Səbuhi Səfiyarlı şərh edir

Sabah "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk matçını keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Fransada "Olimpik Marsel"in qonağı olacaq.

Azərbaycanın tanınmış futbol meneceri Səbuhi Səfiyarlı Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin rəqibini dəyərləndirib və sabahkı matçdan hansı nəticəni gözlədiyini deyib: 

"Olimpik Marsel" haqqında çox şey demək olar. Oyunlarını rahat izləyirik, futbolçularının əksəriyyətini tanıyırıq.  Yəni komandanın xarakterinə bələd olduğumuz üçün çox geniş danışmaq olar. Əsas məqam isə odur ki, onların baş məşqçisi Xorxe Sampaoli əvvəl işlədiyi komandalarda da, "Olimpik Marsel"in özündə də taktikaya önəm verən məşqçidir. Onu Pep Quardiolanın davamçısı kimi adlandırırlar. Hətta Marselo Bielsa kimi dahi mütəxəssis onu özündən daha yaxşı məşqçi hesab edir. Bunlar hamısı Sampaolinin taktiki biliyinin çox olması və onu tədbiq etmək bacarığının olmasından irəli gəlir. 4-3-3 sxemi ilə oynamasına baxmayaraq komandası hücum futbolu nümayiş etdirir. Hücum zaman irəli çıxan futbolçuların sayı 5-ə kimi yüksəlir. Heyətləri çox genişdir. 10 qol vuran Milik Arkadiusz kimi bir futbolçu hər dəfə əsas heyətə düşə bilmir, Cengiz Ünder son oyunda ehtiyatda qalıb. Hücum xəttində Sedrik Bakambu kimi futbolçu var. Ona görə də heyətlə bağlı demək olar ki, problemləri yoxdur. 

"Olimpik Marsel" oyun ərzində gedişatdan asılı olaraq bir neçə dəfə taktikanı dəyişə bilir. Bu da rəqibi çox çətin vəziyyətə salır. Futbolçular tez-tez mövqelərini dəyişirlər və onlara verilən tapşırıqlar da dəyişir. Və hər dəfə də rəqib onlara qarşı yeni taktika tədbiq etməlidir. İnanıram ki, taktiki cəhətdən Qurban Qurbanov rəqibə uduzmayacaq və baş verən dəyişikliklərə vaxtında reaksiya verə biləcək. "Qarabağ"ın oyunçularının ustalıq səviyyəsi, keyfiyyəti və tapşırıqları nə dərəcədə yerinə yetirməsindən çox şey asılı olacaq. 

Rəqibin üstün cəhəti odur ki, "Qarabağ" il başlayandan 3 rəsmi oyun keçirib, onun ikisi "Keşlə"yə, biri də "Neftçi"yə qarşı olub, ancaq "Olimpik Marsel" 6-sı çempionat, 3-ü kubok olmaqla 9 rəsmi matça çıxıb və onlardan cəmi 2-də uduzub. Məğlubiyyətlərdən biri ayın 5-i "Lion"a qarşı görüşdə qeydə alındı. Bu matç ətrafında danışmaq olar. "Olimpik Marsel" keçirdiyi oyunlarda əsasən topa ən çox nəzarət edən tərəf olur. Topla daha çox oynadığı üçün sürətli əks-hücumları buraxması ehtimalı da artır. 

"Lion"la qarşılaşmada topla oynama faizi "Lion"da olub. İki dəfə çox sürətli əks-hücuma çıxıb və nəticədə "Olimpik Marsel" matçda 1:2 hesabı ilə uduzub. Bu oyun fikir yürütmək üçün daha çox fakt verir. Yəni sürətli hücumların qarşısında "Olimpik Marsel"in zəif nöqtələri üzə çıxır. Bütün komandalar kimi onların da zəif nöqtələri var və bu, daha çox müdafiə xətti ilə bağlıdır. Çünki müdafiə xətti çox irəlidə oynayır və matçın gedişində taktiki dəyişikliklər zamanı boşluqlar yaranır. Çox geniş oynadıqları üçün həm aradan, həm də müdafiənin arxasına ötürmələr zamanı futbolçularda təkbətək çıxmaq ehtimalı yaranır. Bu vəziyyətdən hardasa İbrahima Vadjininin sürəti hesabına yararlanmaq olar. "Qarabağ"ın ikinci üstün cəhəti isə odur ki, orta sahədə ötürmələri verə biləcək oyunçuları var. Həm Filip Ozobiç, həm Kadi Borges, həm Abdullah Zubir müdafiənin arxasına və aradan ötürmələri ilə Vadjini hücum mövqeyinə çıxarda bilərlər.

Ən çox uğur qazandıracaq amillərdən biri sürətdir. "Olimpik Marsel"in ən çox istifadə etdiyi şey orta sahədə pressinq yaratmaqdır. Ortada 3 yarımmüdafiəçi ilə oynamasına baxmayaraq meydanın mərkəzində müdafiəçilər və hücumçuların köməyi ilə say çoxluğu yaradırlar. Müdafiədən hücuma qoşulan futbolçuların hesabına yarımmüdafiədə çoxluq yaranır və rəqibi orta sahədən qovmağa çalışırlar. Çox güman "Qarabağ"a qarşı da bunu tədbiq etməyə çalışacaqlar. Çünki "Qarabağ"ın ən yaxşı xətlərindən biri yarımmüdafiədir. Çox güman ki, ortada həm Qara Qarayev, həm Filip Ozobiç, həm Patrik Andrade oynayacaq. Həmin üçlünün topla oynamasının qarşısını almağa çalışacaqlar. 

Digər bir faktor isə odur ki, "Olimpik Marsel"in müdafiə xətti təzyiq altında səhvlərə yol verir. Son oyunlarında bunun şahidi olmuşuq. İrəlidə pressinq tədbiq edəndə səhvlərə yol verirlər. Ancaq istənilən vəziyyətdə "Olimpik Marsel"dən danışırıq. Hazırda Fransa çempionatında PSJ-dən sonra ikinci yerdə qərarlaşan komandadır. Məsələn, biz "Qarabağ"ı "Keşlə" ilə matçda görmüşük və təbii ki, bu, müqayisəyə gəlməz. "Keşlə" ilə oyundan fərqli olaraq "Olimpik Marsel"lə görüşdə sürət, taktiki dəyişikliklər, meydanda baş verən proseslər başqa olacaq. Ona görə də biz "Keşlə" və ya "Neftçi" ilə oyunda "Qarabağ"ın fiziki hazırlığı yaxşıdır desək də, "Olimpik Marsel"ə qarşı özünü necə göstərəcəyini bilmirik. Yəni belə faktorlardan danışsaq da, bunlar hamısı nisbidir. Hər şey meydanda həll olacaq. Oyunçular meydanda maksimum gücdən istifadə və döyüşkənlik hesabına nəyəsə nail ola bilərlər". 

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 Aprel 2024
10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

17:55

"Əvvəllər burada qələbə qazanıb-qazanmadığımızı xatırlamıram" - Yürgen Klopp

17:26

Birinci Liqa: 24-cü turun oyunlarının başlama vaxtları açıqlandı

17:04

İkinci Liqa: Lider təqibçisini yendi

16:52

Daha iki futbolçunun adı İPL-in Şöhrət Zalına daxil edildi

16:32

Onana "Mançester Siti" ilə final matçından nə gözləyir?

16:11

Klassen fırıldaqçıların toruna düşdü

15:45

Rusiya millisinin üzvü 21 yaşında dünyasını dəyişdi

15:26

Xavi qalmağa hazırdır - İDDİA

14:59

Azərbaycan Kuboku: Yarımfinalın cavab oyunlarının vaxtı bilindi

14:45

ABL: Müntəzəm mövsümün son turunun proqramı bilindi

14:20

"Əla iş gördük və çox xoşbəxtik" - Lukas Vaskes

13:51

"Musa bizə klubdan ayrılmaq istədiyini..." - "Yurqorden" rəsmisi

13:30

Nə "Real"ın Vinisius kimi braziliyalısı olub, nə də "Barselona"nın

13:11

"Beynimdə bir qərar var, amma..." - Tyaqo Silva

12:52

Tuxel İngiltərə nəhəngi ilə danışıq aparır

12:35

Azərbaycan Kuboku: Yarımfinal görüşlərinin başlama saatları açıqlandı

12:18

"Hə, bu, biabırçılıqdır" - Xavi

11:59

Onur və Yağmur Fransaya yollanacaqlar

11:41

"Zirə" 50-yə, "Səbail" 100-ə çatdı

11:23

"Neftçi" ianə etdi

11:10

"Real"ın "Barselona" üzərində dramatik qələbəsi - VİDEO

10:54

"Bir daha sübut etdik ki..." - Modriç "Barselona" üzərində qələbəni dəyərləndirdi

09:47

Rahil Məmmədov oynadı, komandası “Lex”ə...

09:25

Hüseynovlu “Arda” ÇSKA-ya uduzdu

09:00

"İndi titula daha yaxınıq" - Ançelotti 

00:11

"Bayer" Dortmundda da uduzmadı

21 Aprel 2024
23:50

“Liverpul”dan inamlı qələbə

22:37

"Bəzi mövqelərdə rəqabət yoxdur" - Elmar Baxşıyev

Facebookdan bizi izləməyi unutmayın.
X