Xorvatiya futbol ictimaiyyətinə ağır itki üz verib.
Fanat.Az xəbər verir ki, tanınmış futbol veteranı, "Şibenik", "Zadar", "Mouskron", "Bruney" klublarında çıxış etmiş Drazen Qoviç avtomobil qəzasında dünyasını dəyişib.
Keçmiş klubu "Şibenik" 40 yaşlı sabiq futbolçunun vəfatı ilə bağlı sosial şəbəkədə emosional xəbər paylaşıb:
"Böyük kədər və ağrı ilə sizə bildiririk ki, Drazn Qoviç - klubumuzun keçmiş oyunçusu, karyerasını bitirdikdən sonra da "Şibenik"ə sadiq qalan futbol əfsanəsi - bizi həmişəlik tərk etdi.
O, "Şibenik"də 72 rəsmi matçda çıxış edib, 12 qol vurub, 12 məhsuldar ötürmə edib. Xüsusilə onun azarkeşlərimizi sevindirən usta cərimə zərbələrini, eləcə də mübarizə əzmini xatırlayırıq.
Drazen, rahat uyu!"
Mirağa