"Qarabağ"ın Fransada "Olimpik Marsel"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu tribunadan təxminən 20 min azarkeş izləyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Laprovence" nəşri məlumat yayıb.
Xəbərə görə, qarşılaşma üçün fevralın 14-dək 15 min bilet satılıb.
Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Olimpik Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, stadion 67 min azarkeş tutumuna malikdir.