Gənc boksçular arasında Azərbaycan birinciliyində final görüşləri keçirilir.
Fanat.Az xəbər verir ki, respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusunun qatıldığı yarışın həlledici döyüşlərini Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyir.
Əmək və əhalinin sosial müdafiəsi naziri qaliblərin Boks Mərkəzindəki mükafatlandırma mərasimində də iştirak edəcək.
Birinciliyin 6-cı – sonuncu günündə 13 çəki dərəcəsində final qarşılaşmaları olacaq. Həlledici görüşlərdən sonra qaliblər və mükafatçılara medal, həmçinin diplom veriləcək. Yekunda birinciliyin ən yaxşıları nominasiyasında fərqlənənlər də fəxri kürsüyə dəvət ediləcək.
Qeyd edək ki, ilk “3-lük”də qərarlaşan boksçular yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.