Naxçıvanda təşkil edilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının digər finalçısı da məlum olub.
Fanat.Az xəbər verir ki, Vasif Durarbəyli ilə Məhəmməd Muradlı arasındakı əsas oyunlar heç-heçə bitdiyindən, tərəflər tay-breykdə münasibətləri aydınlaşdırıblar. Şahmatçılar arasında baş tutan ilk rapid oyununda "sülh" qeydə alınıb. İkinci görüşdə qələbə qazanan Məhəmməd Muradlı adını finala yazdırıb.
Beləliklə, sabah iki partiyadan ibarət finalda Məhəmməd Muradlı Misrətdin İsgəndərovla, üçüncü yer uğrunda görüşdə isə Vasif Durarbəyli Aydın Süleymanlı ilə qarşılaşacaq.
Qeyd edək ki, 2019-cu ildə Məhəmməd Muradlı 20 şahmatçının iştirak etdiyi Azərbaycan çempionatında qalib olub.