Fevralın 19-dan 21-dək Macarıstanda bədii gimnastika üzrə ənənəvi “Gracia Fair Cup” turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda ölkəmizi fərdi və qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri təmsil edəcəklər.
Fərdi növlərdə böyüklər arasında İlona Zeynalova, gənclər arasında Gövhər İbrahimova mübarizə aparacaqlar.
Qrup hərəkətləri üzrə yarışlarda böyüklər arasında Nigar Xankişiyeva, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəylidən ibarət yığma komandanın ikinci heyəti çıxış edəcək.