Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu axşam "Ramon Sançez Pisxuan" stadionunda "Sevilya" ilə baş tutacaq oyunda Zaqreb "Dinamo"sunu 1700-ə yaxın azarkeş dəstəkləyəcək.
Fanat.Az İspaniyanın ABC telekanalına istinadən xəbər verir ki, artıq çərşənbə gecəsindən etibarən İspaniyanın Əndəlusiya əyalətinin paytaxtına gəlməyə başlayan "Dinamo" tifoziləri dünən gecə şəhərdə iğtişaşlar törədiblər.
La policía controla varios incidentes de los ultras del Dinamo Zagreb en #Sevilla. Se ha producido la rotura de un escaparate en la calle Sierpes y altercados en Paseo Colón //t.co/i24s1TALZj vía @orgullo_nervion
— ABC de Sevilla (@abcdesevilla) February 17, 2022
Telekanal Sevilya polisinin şəhərdə bir neçə insidentin qarşısını aldığını qeyd edib. Xəsarət alan olmayıb, ciddi maddi ziyan dəyməyib, sadəcə, Sierpes küçəsində bir mağazanın vitrini sınıb. Bununla belə, şəhər mərkəzinin, xüsusən də tarixi rayonun (Kasko Historico) sakinləri çərşənbə günü axşam saatlarında polisə müraciət ediblər. Sierpes küçəsindəki sındırılmış vitrindən əlavə, Paseo Kolonda bəzi iğtişaşların baş verdiyi bildirilir.
İspan mediası açıq şəkildə bildirir ki, “Dinamo”nun Avropadakı azarkeş qrupu iğtişaşlar törətməsi ilə tanınır.
Mirağa