Yunanıstanın 4-cü liqa matçında 37 yaşlı qapıçı Qriqoris Atanasiu het-triki ilə gündəm olub.
Fanat.Az xəbər verir ki, "Aetos Vassilikon" və "Pavlos Melas" arasında oyunda ikincilərin qapıçısı Qriqoris Athanasiu vurduğu qollarla Avropa mətbuatında geniş yer alıb.
Bununla belə, təcrübəli qolkiperin qollarının hamısı penalti zərbələrindən olub. "Pavlos Melas" matç ərzində 3 penalti qazanıb ki, Atanasiu standart vəziyyətlərin hamısını qola çevirməyi bacarıb.
Mirağa