Naxçıvanda təşkil olunan kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında final mübarizəsinə start verllib.
Fanat.Az xəbər verir ki, həlledici mərhələnin bu gün keçirilən ilk görüşündə Məhəmməd Muradlı Misrətdin İskəndərovu məğlub edib.
Tərəflər arasında ikinci görüş sabah baş tutacaq. İki klassik partiyadan sonra heç-heçə qeydə alınarsa, rəqiblər tay-breykdə qalibi müəyyən etməyə çalışacaqlar. Yenə bərabərlik halında şahmatçılar "Armageddon"da mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manatdır. Çempion 8 000 manat qazanacaq.