Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə özbəkistanlı Obidxon Nomonovla üz-üzə gəlib. Rəqibinə "qızıl xal" bölümündə "vaza-ari" xalı ilə qalib gələn Heydərov yarışın baş mükafatını qazanıb.
Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk günündə mübarizəyə qoşulan Azərbaycan təmsilçilərindən Yaşar Nəcəfov (66 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxıb. Sabah - yarışın son günündə millimizin daha 5 üzvü - Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.
***
Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirinin finalına vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində yarışan idmançı yarımfinalda israilli Tohar Butbulla qarşılaşıb. Rəqibinə verilən xəbərdarlıqlar hesabına dueldən qalib ayrılan Heydərov adını həlledici görüşə yazdırıb.
24 yaşlı Avropa çempionumuz qızıl medal uğrunda özbəkistanlı Obidxon Nomonovla üz-üzə gələcək.
***
Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən "Böyük Dəbilqə" turnirində yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı 1/8 finalda israilli Oron Gineri "ippon"la yenib. Ardınca Almaniya təmsilçisi İqor Vandtke ilə qarşılaşan Avropa çempionumuz rəqibinə verilən xəbərdarlıqlar sayəsində adını yarımfinala yazdırıb.
Heydərov finala vəsiqə uğrunda ev sahibi ölkənin digər cüdoçusu Tohar Butbulla üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığmasının hesabında hazırda bir medal var. İlk gündə mübarizəyə qoşulan təmsilçilərimizdən Yaşar Nəcəfov (66 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxıb. Sabah - yarışın son günündə millimizin üzvlərindən Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.
***
İsralinin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxacaq. Kişilərin 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət Heydərov mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. 24 yaşlı Avropa çempionu startda Oron Giner (İsrail) / Daniyar Şamşayev (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq
Qeyd edək ki, Azərbaycan yığmasının hesabında hazırda bir medal var. İlk gündə mübarizəyə qoşulan təmsilçilərimizdən Yaşar Nəcəfov (66 kq) yalnız finalda məğlub olaraq gümüş mükafata sahib çıxıb. Sabah - yarışın son günündə millimizin üzvlərindən Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.