Bu gün Naxçıvanda təşkil olunan kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, saat 12:00-dan etibarən Məhəmməd Muradlı və Misrətdin İsgəndərov finalın cavab qarşılaşmasında münasibətlərinə aydınlıq gətirəcəklər.
İlk partiyanı qələbə ilə tamamlayan Muradlını bu görüşdə heç-heçə də qane edir.
İsgəndərov qalib gələcəyi təqdirdə, rəqiblər tay-breykdə çempionu müəyyən etməyə çalışacaqlar. Yenə bərabərlik halında şahmatçılar "Armageddon"da mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manatdır. Qalib 8 000 manat qazanacaq.