“Bakı”nın sabiq futbolçusu Stefan Borbikoni Fransa mətbuatına müsahibə verib. Qol.Az-ın məlumatına görə, o, müsahibədə “Lans”ı almaq üzrə olan “Bakı”nın prezidenti Hafiz Məmmədov haqda fikirlərini bildirib.
“Hafiz Məmmədov klubda tez-tez olmasa da, onun barəsində yalnız xoş xatirələrim var. O, daim hərəkətdə olan iş adamıdır. Klubda əsas işləri Hafiz Məmmədovun kiçik qardaşı (Zeynal Məmmədov nəzərdə tutulur – red.) görürdü” – deyən S.Borbikoni qeyd edib ki, H.Məmmədov çox sakit və eyni dərəcədə diqqətli insandır.
“O, əliaçıq və alicənab adamdır. İştirak etdiyi hər oyundan sonra Hafiz Məmmədov futbolçulara hədiyyə verirdi. O, gülərüz insandır, oyunçulara daim hörmətlə yanaşırdı” – deyə S.Borbikoni qeyd edib.
İdman24.az