Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, iclasda fevralın 6-da U-17 Liqasında baş tutmuş “Neftçi” İK – “Neftçi” PFK oyunu ilə də bağlı qərar verilib.
“Neftçi” PFK-nın heyətində diskvalifikasiya olunmuş futbolçu Elton Həsənli "Neftçi" İK-lə matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq Fanat.Az saytı xəbər vermişdi.