UEFA Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində baş tutan “Olimpik Marsel” - “Qarabağ” matçında (3:1) baş verənlərə görə Fransa təmsilçisinə intizam işi açıb.
Fanat.Az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.
Qitə futbol qurumu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə və tamaşaçı keçidlərinin bloklanmasına görə ittiham edilir.
İntizam işi ilə bağlı qərarın tarixi daha sonra müəyyənləşəcək.
Qeyd edək ki, "Qarabağ"ın "Olimpik Marsel"lə cavab oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.