Futbol üzrə Fransa çempionatında 25-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun əksər qarşılaşmaları son oyun gününə təsadüf edib.
“Reyms” - “Brest”, “Sent-Etyen” - “Strasbur” və “Bordo” - “Monako” matçlarında qalib müəyyənləşməyib.
“Nitsa” “Anje”ni, “Renn” “Trua”nı məğlub yola salıb. “Loryan” öz meydanında “Monpelye”yə boyun əyib.
Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” üzərində 3:1 hesablı qələbə qazanan “Olimpik Marsel” isə evdə “Klermon”a uduzub.
Fransa Liqa 1
25-ci tur
20 fevral
Nitsa – Anje 1:0
Qol: Kluyvert, 19.
Loryan – Monpelye 0:1
Qol: Savanye, 56.
Reyms – Brest 1:1
Qollar: Faes, 4 – Satriano, 34.
Renn – Trua 4:1
Qollar: Jirassi, 14; 20. Terrye, 75. Laborde, 87 – Uqbo, 39.
Sent-Etyen – Strasbur 2:2
Qollar: Budebuz, 4. Xazri, 34 – Diallo, 21. Perrin, 30.
Bordo – Monako 1:1
Qollar: Udin, 22 – Marselo, 67-öz qapısına.
Olimpik Marsel – Klermon 0:2
Qollar: Bayo, 13. Allevina, 84.
19 fevral
Lans – Olimpik Lion 1:1
Qollar: Kloss, 13, Kadevere, 44.
Nant – PSJ 3:1
Qollar: Kolo, 4, Merlen, 16, Blas, 45+5, pen. - Neymar, 47.
Qırmızı vərəqə: Neymar, 59.
18 fevral
Lill – Mets 0:0