Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Çempionlar Turu"nun yeni mövsümünün ilk yarışı olan "Airthings Masters" turnirinə start veriləcək.
Fanat.Az xəbər verir ki, onlayn yarışda 16 şahmatçı mübarizə aparacaq. Onların arasında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da var.
Dörd gün davam edəcək ilkin mərhələdə dairəvi sistem üzrə 15 tur oynanılacaq və ilk "8-lik" pley-offa yüksələcək.
36 yaşlı qrossmeysterimiz bu gün dörd oyun keçirəcək.
I tur: Andrey Yesipenko (Rusiya) - Şəhriyar Məmmədyarov
II tur: Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)
III tur: Aleksandra Kostenyuk (Rusiya) - Şəhriyar Məmmədyarov
IV tur: Şəhriyar Məmmədyarov - Vinsent Keymer (Almaniya)
Qeyd edək ki, yarışa fevralın 26-da yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 min ABŞ dollarıdır.