15:29 19.02.2022 473

\"İlk çempion olan zaman cəmi 15 yaşım var idi\" - MÜSAHİBƏ

5-18 fevral tarixlərində Naxçıvanda keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi Məhəmməd Muradlı
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

 Fanat.Az həmin müsahibənı təqdim edir.

- Azərbaycan çempionatında qələbə münasibəti ilə sizi təbrik edirik. Maraqlıdır yarışdan öncə hansı nəticə uğrunda mübarizə aparırdınız?
- Təbriklərə görə təşəkkür edirəm. Yarışdan öncə çempionluq barədə düşünmürdüm. Əsas hədəfim final mərhələsinə vəsiqə qazanmaq idi. İlk turlarda uğurlu çıxış edə bilmədim. Bu səbəbdən çempionatda yüksək yer tutacağıma inanmırdım.

- Hansı turdakı nəticə sizə nəticəni dəyişməyə kömək oldu?
- Təsəvvür edin 7 turdan sonra 3.5 xal toplamışam. Finala vəsiqə qazanmağım artıq çətin iş idi. Dönüş anı 9-cu turda reallaşdı. Aydın Süleymanlı üzərində qələbə mənə kömək oldu, həm də inam verdi. Ardınca finala vəsiqə qazandım. 

- Yarımfinal çətin idi, yoxsa final görüşü?
- Yarımfinalda son çempion Vasif Duraybəyli üzərində qələbə qazandım. Hər şey tay-brekdə həll olundu. Durarbəyli güclü şahmatçıdır, ona görə qələbə asan əldə edilmədi. Finalda artıq rahat oynayırdım. Demək olar ki, əsas nəticəni qazanmışdım. 

- Finalda Misrətdin İsgəndərovla partiya barədə nə deyə bilərsiniz?
- Final çox rahat keçdi. Artıq minimum hədəfə nail olmuşdum. Hər iki partiyada qələbə qazanmaqla karyeramda ikinci dəfə Azərbaycan çempionu oldum. Cavab görüşündə rəqib səhvə yol verdi, səhvi dəyərləndirərək tam qələbə qazandım.

- İlk dəfə 2019-cu ildə Azərbaycan çempionu olmusunuz. O vaxtdan indiyə nə dəyişib?
- İlk çempion olan zaman cəmi 15 yaşım var idi. Sonra müəyyən vaxt şahmatda fəal dövrüm olmadı. Mənim yaşıdlarımın reytinqi daha yüksəkdi. Mən isə bir qədər geri qaldım. İndi bu qələbə yeni dövrün başlanmasına kömək olacaq. Bakıya qayıdandan sonra Sloveniyada baş tutacaq şəxsi Avropa çempionatına hazırlaşacam.

- Azərbaycan çempionatı barədə nə düşünürsən?
- Çempionatda kifayət qədər yaxşı şahmatçılar var idi. Final mərhələsinə mənə görə daha rahat oldu. Amma ilk mərhələdə çox çətin oyunlar keçirdim. Çox istəyirdim Vüqar Əsədli, Nicat Abasov da yarışda iştirak etsin. Bildiyiniz kimi son anda müəyyən problemlərə hər iki şahmatçı çempionatda olmadı. Həm Əsədli, həm də Abasova qarşı oynamaq maraqlı idi.

- Əvəzində milli komandanın üzvü, Avropa çempionu Eltac Səfərli yarışda var idi. Amma final mərhələsinə vəsiqə qazana bilmədi.
- Eltac Səfərli çox təcrübəli şahmatçıdı. Sadəcə onun çıxışı istədiyi kimi alınmadı. Biz hər ikimiz eyni xal toplamışdıq. Qələbə sayı məndə çox olduğuna görə finala mən keçdim.

- Finaldan sonra ilk təbrik edən kim oldu?
- Valideynlərim zəng etdi. İlk təbriki Bakıdan zəng edən anam etdi. Onlar da mənim kimi çox sevinirdi.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X