20:03 19.02.2022 514

Samir Abasov: "Oyunun sonlarında boşluqlar verdik"

"Oyunun sonlarında boşluqlar verdik. Bəlkə də, qol buraxmağımıza bu səbəb oldu".

Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur oyunundan sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssisin sözlərinə görə, oyunun müqəddəratı birinci hissədə, demək olar ki, həll olunmuşdu. Gənc futbolçumuz Ramin Nəsirli bu gün qol vurdu. Amma bir yaxşı oyun və bir qol heç də göstərici deyil. Bəzi oyunçular ilk görüşlərdə ümid verib, sonradan eniş yaşayıblar. Ramin məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. Əsas heyətdə yer almağı haqq etmişdi. Bundan sonra daha yaxşı olacaqsa, yenə oynayacaq. Əks təqdirdə, Ramini də sonradan eniş yaşayan oyunçuların aqibəti gözləyə bilər. Ümumiyyətlə, Ramin istedadlı oyunçudur. Onun üzərində işləməli çox şey var. Bu gün də pis deyildi, ümumi komandanın fonunda batmamışdı”.

Baş məşqçi sağ vinger mövqeyində çıxış edən Azər Əliyevin çıxışından məmnunluq ifadə edib: “Azər bu gün hücumun sağ cinahında oynadı. Özünü orada daha rahat hiss edirdi, nəinki sol cinah. Bütün azadlığı onun və Yusuf Lavalın üzərinə buraxmışdım. Demişdim ki, sizin üçün hansı cinah rahatdı, dəyişə də bilərsiniz. Azər solda da oynaya bilir. Ondan çox gözləntilərimiz var. Çünki keyfiyyətinə inanırıq. O, sıradan biri deyil, komandanın oyununu çiyinlərində daşıya biləcək oyunçulardandır”.

“Neftçi” növbəti turda “Sabah”ın qonağı olacaq. Abasov ölkə kubokunun 1/4 final mərhələsinin məhz bu rəqiblə cavab görüşündə yaşanan gərginliyin çempionat matçına sirayət etməməsinə çalışacaqlarını deyib: “Meydandan kənar yaşanan gərginliyin komandamıza hopmamasına çalışacağıq. Bundan uzaq olmağa çalışacağıq. Hesab neçə olur-olsun işimizə köklənəcəyik. Həmin hadisələrin üstündə durmaq istəmirik. Digər oyunlara necə hazırlaşmışıqsa, bu matça da eyni qaydada köklənəcəyik”.

Çalışdırıcı komandasının getdikcə daha yaxşı çıxış edəcəyinə inanır: “Biz gördüyümüz işə inanırıq. Bəzi məqamları oyunlar getdikcə səhvləri göstərə-göstərə düzəltməyə çalışacağıq. Oyunumuzu daha da yaxşılaşdırmaq, bu tempi qorumaq istəyirik”.

Samir Abasov çərçivədə İvan Brkiçin deyil, Kamran İbrahimovun dayanmasına da aydınlıq gətirib: “Bu gün yerli limiti doldurmalı idik. Bu üzdən Kamran qapıda dayanmalı idi. Aqil Məmmədovun zədələnməsindən sonra Kamrana da güvənirik, oyunlara buraxırıq. Belə hallar bundan sonrakı görüşlərdə də ola bilər. Onu da daim hazır vəziyyətdə saxlayırıq ki, ən azı 2-3 oyundan bir meydana buraxaq. Rəqibə, situasiyaya, həftə ərzində baş verəcək proseslərə görə qərar verəcəyik. U-19 komandamızın qapıçısı Rza Cəfərova da güvənirik. Ona gələcəkdə çox etimadımız ola bilər. Ondan da yararlana bilərik. 3-4 yaxşı qapıçımızın olması pis deyil”.

O, qış fasiləsində komandadan ayrılan Romen Baskın “başqa baş məşqçinin rəhbərliyi altında “Neftçi”də yenidən oynaya bilərəm”, kimi fikrinə də cavab verib: “Romen Bask qayıtmaq istəsə, böyük məmnuniyyətlə onu qəbul edərəm. Çox bəyəndiyim, xoşladığım oyunçudur. Bir neçə mövqeyi layiqincə bağlayan, orada oynamağı bacaran futbolçudur. O ki qaldı mənim barəmdə dediyi fikirlərə, hamı səni tərifləməli deyil. Onun öz fikirləri var. Baskın vaxtında orta sahədə Mamadu Kane, Sabir Buqrin, Emin Mahmudov var idi. Onu gətirəndə bilirdik ki, Kane qışda və ya yayda gedəcək. Baskı buna görə hazırlayırdıq. Tələskənliyi də normaldır, oynamaq istəyir. “Havr”ın kapitanı idi, mütəmadi oynamaq istəyirdi. Ancaq Azərbaycan çempionatının ən yaxşı orta sahə oyunçuları olan komandaya gəlmişdi. Biz də dəyişmək istəmirdik. Onun maliyyəsi və digər məsələlər imkan verərsə, yayda məmnuniyyətlə gəlişinə razı olaram”. (Report.az)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2025
15:31

"Benfika"nın yetirməsi "Turan Tovuz"da!

15:17

"Azərreyl" legioneri ilə yeni müqavilə bağladı

14:58

Ötən mövsüm "Əl-Nəsr"də oynamış futbolçu "Kəpəz"lə danışıq aparır - AÇIQLAMA

14:40

Randal Kolo Muani İngiltərə yolunda - Danışıqlar başladı

14:23

"Alonso bir qədər geridən oynamağımı istəmişdi" - Arda vurduğu qolu şərh etdi

13:50

"Atletiko"nun forvardı "Botafoqo" ilə matçdan öncə ehtiyatlı danışdı

13:32

İslandiyalı yarımmüdafiəçi İtaliya yolunda

13:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

12:54

"Sabah" milli üzvü ilə müqavilə yenilədi - RƏSMİ

12:38

"Kopenhagen"in vingeri İspaniya nəhənginə bu qiymətə keçir

12:20

Arda Gülər Vinisiusun rekordunu yenilədi

12:01

"Liverpul" mərkəz müdafiəçisini Almaniya klubuna satır - MƏBLƏĞ

11:41

Ernandes fikrini dəyişdi, "Milan" istədiyini aldı

11:23

Ronaldunun "Əl-Nəsr"də qalıb-qalmayacağına aydınlıq gəldi - SON DURUM

11:04

"Qalatasaray"dan ayrılan belçikalı karyerasını bitirdi

10:45

"Sabah" Avstriyada ilk məşqinə çıxdı - FOTOLAR

10:21

Klublararası dünya çempionatında 3-cü tur başlayır

10:02

"Heç bir komanda dünyanın ən yaxşı oyunçusunu əvəz edə bilməz" - Qvardiola Rodrinin dönüşünə sevinir

09:22

Cüdoçularımız Avropa Kubokundan 9 medalla dönürlər

09:00

Klublararası dünya çempionatı: "Mançester Siti" 1/8-ə darmadağınla yüksəldi

00:55

"Real Madrid" azlıqda qalib gəldi

22 İyun 2025
23:00

Burak Yılmaz işsiz qaldı

22:21

"Yuventus" Mərakeş təmsilçisinə qalib gəldi

21:53

"Afrikanın ən böyük zibilliklərindən birində böyümüşəm" - Viktor Osimhen

21:10

Azərbaycan badmintonçularından beynəlxalq turnirdə uğurlu çıxış

20:15

Almaniya nəhəngi "Liverpul"un iki vingerini birdən almaq istəyir

19:39

"Komandada həddən çox oyunçu var" - Qvardiola Gündoğandan danışdı

19:00

Ölkə başçısı futbolçu nəvəsindən danışdı

18:23

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi

17:58

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazandılar

17:30

Əfsanəvi döyüşçü karyerasını bitirdi - Bakıda açıqlandı

16:56

"Barselona" Şensnı ilə bağlı qərarını verdi -AÇIQLAMA

16:25

"Aris" növbəti transferini razılaşdırdı

15:53

"Real Madrid" Vinisiusla bağlı qərarını verdi

15:12

Azərbaycan millisi Avropa çempionatına yollandı

14:21

Raşford Yamaldan danışdı - "O, normal biri deyil"

13:50

Patrik Andrade "Araz Naxçıvan"da - RƏSMİ

13:30

"Azərbaycan millisi MDB Oyunlarında uğurlu nəticələr qazanacaq" -Aqil Nəbiyev

12:09

Vinisius "Real"la bağlı şəkillərini sildi - Qalmaqal

11:41

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırdı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X