Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 16-cı turun daha bir oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Zirə" "Sabah"ı qəbul edib.
Bu görüş "qonşuların dueli" olub. Rəşad Sadıqovun komandası rəqibini iki cavabsız qolla yenərək 3-cü pilləyə yüksəlib.
Turun ötən gün baş tutan oyunlarında "Qəbələ" evdə "Səbail'i 2:0, "Neftçi" isə "Keşlə"ni 3:1 hesabı ilə yenib. “Qarabağ” – “Sumqayıt” görüşü isə mayın 12-nə təxirə salınıb.
Azərbaycan Premyer Liqası
16-cı tur
20 fevral
“Zirə” – “Sabah” 2:0
Qollar: Hamidu Keyta, 63; 90+2
“Zirə”: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 29. Ceyhun Nuriyev, 66. Abdulla Xaibulaev
Ehtiyat oyunçular: 97. Aleksandr Neçayev, 32. Rustam Samigullin, 9. Xulio Sezar Rodriqez, 24. Mixeil Erqemlidze, 15. Kristian da Silva, 99. Hiqor Qabriel, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu