Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Çempionlar Turu"nun yeni mövsümünün ilk yarışı olan "Airthings Masters" turnirinə start verilib.
Fanat.Az xəbər verir ki, 16 şahmatçının mübarizə apardığı onlayn yarışın ilk günündə 4 tur oynanılıb. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov görüşlərindən yalnız birini qələbə ilə başa vura bilib. Üçüncü turda rusiyalı Aleksandra Kostenyuku yenən 36 yaşlı qrossmeyster digər üç partiyada xalsız qalıb. Şahmatçımız müvafiq olaraq Andrey Yesipenko, Yan Nepomnyaşi (hər ikisi Rusiya) və Vinsent Keymerə (Almaniya) uduzub.
Qeyd edək ki, dörd gün davam edəcək ilkin mərhələdə dairəvi sistem üzrə 15 tur oynanılacaq və ilk "8-lik" pley-offa yüksələcək. Yarışa fevralın 26-da yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 min ABŞ dollarıdır.
"Airthings Masters"
I tur: Andrey Yesipenko (Rusiya) - Şəhriyar Məmmədyarov 1:0
II tur: Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya) 0:1
III tur: Aleksandra Kostenyuk (Rusiya) - Şəhriyar Məmmədyarov 0:1
IV tur: Şəhriyar Məmmədyarov - Vinsent Keymer (Almaniya) 0:1
Sahib