Pekin-2022 Qış Olimpiya Oyunlarında hokkey yarışına yekun vurulub.
Fanat.Az xəbər verir ki, finalda Rusiya və Finlandiya milli komandaları üz-üzə gəliblər.
Qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində qolları 24-cü dəqiqədə Ville Pokka və 41-ci dəqiqədə Hannes Byörninen vurublar. Rusiya yığmasının yeganə qoluna isə 8-ci dəqiqədə Mixail Qriqorenko imza atıb.
Qeyd edək ki, bu, Finlandiya yığmasının tarixdə ilk Olimpiya çempionluğudur. Rusiya seçməsi isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında baş mükafata sahib çıxıb.