Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizə başa çatıb.
Fanat.Az xəbər verir ki, yarışı 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) başa vuran Norveç yığması medalların həm keyfiyyətinə, həm də kəmiyyətinə görə birinci olub.
12 qızıl, 10 gümüş və 5 bürünc medal əldə edən Almaniya yığması 2-ci yeri tutub. Medal sayına görə isə bu pillədə Rusiya Olimpiya Komitəsi (32) qərarlaşıb.
Medal əyarında 3-cü yerə 9 "qızıl", 4 "gümüş" və 2 "bürünc"lə ev sahibi Çin sahib çıxıb.
Qeyd edək ki, Pekin Olimpiadasının bağlanış mərasimi bu gün keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.