Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Çempionlar Turu"nun yeni mövsümünün ilk yarışı olan "Airthings Masters" turniri davam edir.
Fanat.Az xəbər verir ki, 16 şahmatçının mübarizə apardığı onlayn yarışın 2-ci günündə ilkin mərhələ çərçivəsində daha 4 tur oynanılacaq. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov öncə ABŞ-dan olan Hans Niemann ilə münasibətləri aydınlaşdıracaq.
Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, qələbəyə görə şahmatçılara 3, heç-heçəyə görə isə 1 xal verilir. İlk 4 turdan 3 xal hasil edən Məmmədyarov hazırda 14-cü pillədədir.
Qeyd edək ki, dörd gün davam edəcək ilkin mərhələdə dairəvi sistem üzrə 15 tur oynanılacaq və ilk "8-lik" pley-offa yüksələcək. Yarışa fevralın 26-da yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 min ABŞ dollarıdır.
"Airthings Masters"
V tur: Hans Niemann (ABŞ) - Şəhriyar Məmmədyarov
VI tur: Şəhriyar Məmmədyarov - Rameşbabu Praqnanandha (Hindistan)
VII tur: Le Kuanq Liem (Vyetnam) - Şəhriyar Məmmədyarov
VIII tur: Şəhriyar Məmmədyarov - Erik Hansen (Kanada)