Futbol üzrə Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Futbolçumuzun komandası 1:2 hesabı ilə yenilib.
Namik start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Bursaspor” 26 turdan sonra 24 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.