Lukas Vaskes "Real Madrid"dən ayrılmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Xəbərə görə, 30 yaşlı ispan müdafiəçi ona verilən oyun vaxtından narazıdır.
"Kral klubu" da keçən il bağlanan yeni müqaviləyə baxmayaraq futbolçunu buraxmağa hazırdır.
Qeyd edək ki, Lukas Vaskes 2015-ci ildən "Real Madrid"in şərəfini qoruyur. 156 oyunda meydana çıxan müdafiəçi 15 qola imza atıb.