Martın 27-dən aprelin 6-dək Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempionatı keçiriləcək.
Fanat.Az xəbər verir ki, qitə çempionatında Azərbaycanın 7 şahmatçısının iştirakı planlaşdırılır. Yarışda təmsilçilərimizdən Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abbasov, Eltac Səfərli, Read Səmədov, Gövhər Beydullayeva, Nicat Məmmədov mübarizə aparacaqlar.
Qeyd edək ki, 11 turdan ibarət turnir İsveçrə sistemi üzrə keçiriləcək. Çempionatda iştirak etmək üçün indiyədək 298 şahmatçı qeydiyyatdan keçib.