Azərbaycanın dağ xizəkçisi İlya Kostov İtaliyada keçirilən yarışda uğurla çıxış edib.
Fanat.Az xəbər verir ki, o, 86,39 xal toplayaraq öz yaş kateqoriyasında üçüncü olub. Bütün iştirakçılar arasında isə Kostov doqquzuncu nəticə göstərib.
Turnirdə ümumilikdə 74 idmançı iştirak edib.
Qeyd edək ki, Kostov 2021-ci ildən Azərbaycanı təmsil edir.