Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev karyerası ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu bununla bağlı "facebook" səhifəsində paylaşım edib.
Postda "Paris-2024" yazan titullu idmançı 2024-cü ildə Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə işarə vurub.
Qeyd edək ki, Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.