Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan turun ilk matçında "Abşeron" "Murov" üzərində inamlı qələbə qazanıb - 3:0.
Digər görüşdə isə "Azerreyl" UNEC-i 3:1 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra xalını 24-ə çatdıran "Abşeron" liderliyini möhkəmləndirib. 14 xalı olan "Azerreyl" ikinci, 6 xala malik "Murov" üçüncüdür. Autsayder UNEC-in isə 4 xalı var.
Super Liqa
VIII tur
16:00. "Murov" - "Abşeron" 0:3 (17:25, 26:28, 20:25)
18:00. UNEC - "Azərreyl" 1:3 (18:25, 25:18, 22:25, 13:25)