AFFA tərəfindən hakimlər üçün növbəti seminar təşkil olunub.
Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, budəfəki tədbir Salyanda baş tutub.
Cənub zonasından olan ədalət təmsilçiləri üçün təşkil olunan seminarda ətraf rayonlardan olan hakimlərə nəzəri və praktiki məşğələlər keçirilib.
Hakimlər Komitəsinin üzvü Anar Salmanov və instruktor Ceyhun Haşımov hakimlikdə tətbiq edilən yeni oyun qaydaları izah edib, gənc hakimlərin sualları cavablandırılıb.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl Mingəçevirdə seminar keçirilmişdi.