Polşa Ekstraklassasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin ukraynalı müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Antonun komandası səfərdə “Rakov”a 0:2 hesabı ilə uduzub.
Yığmamızın futbolçusunun adı oyunun iştirak ərizəsinə salınmayıb.
22 tura 30 xal yığan Plotsk “Visla”sı turnir cədvəlində 18 kollektiv arasında 9-cu pillədə mövqe tutub.