Rusiyanın məşhur voleybolçusu Yekaterina Qamova ölkəsinin Ukraynaya hərbi müdaxiləsini qınayıb.
Fanat.Az xəbər verir ki, ikiqat dünya və ikiqat Avropa çempionu olan 42 yaşlı veteran idmançı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
"Heç vaxt düşünməzdim ki, ordumuz hansısa Avropa ölkəsinə hücum edər, oranı bombalayar, güllə atar. Hazırda bütün dünya Rusiyaya qarşıdır. Sanksiyalar tətbiq olunur, digər ölkələr bizi görmək istəmir, təcrid edirlər. Onlar hökumətimizi mümkün olan hər şeylə, qeyri-hərbi yolla dayandırmağa çalışırlar. Mən susa bilərdim? Bilərdim. Amma həm utanır, həm də qorxuram. Sadəcə, bilin ki, Rusiyada çox insan baş verənlərə qarşıdır. Bağışlayın"!