İstanbulda güləş üzrə ilin ilk reytinq yarışı - Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnir başa çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan güləşçiləri yarışı 8 mükafatla başa vurub.
Turnirdə ən yaxşı nəticəni yunan-Roma güləşçilərimiz göstərib. "Klassiklər"imiz 1 qızıl, 2, gümüş və 3 bürünc medala yiyələniblər. Bununla millimiz 127 xal toplayaraq komanda hesabında 3-cü yeri tutub. Türkiyə (205 xal) birinci, Qazaxıstan (131) ikinci olub.
Bir bürünc medalla kifayətlənən sərbəst güləş millimiz toplam 31 xalla 11-ci nəticə göstərib.
Qadınların turnirində də ölkəmiz bir bürünc medala yiyələnib və sonda 25 xalla 16-cı sırada qərarlaşıb.