Qadın futbolçulardan ibarət Azərbaycan millisinin DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların stadionu və başlama vaxtı məlum olub.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, millimiz aprelin 7-də Bosniya və Herseqovina və 12-də Danimarkayla qarşılaşacaq.
Bosniyalılarla oyun Sarayevodakı “Grbavica” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Danimarka ilə qarşılaşma isə saat 20:00-da Viborqdakı “Viborq” stadionunda keçiriləcək.