Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında oynanılacaq tur çərçivəsində meydana öncə çempionatın liderləri çıxacaq. İtkisiz irəliləyən “Abşeron” ən yaxın izləyicisi “Azərreyl”i sınağa çəkəcək.
Ardınca isə üçüncü sıradakı “Murov” autsayder UNEC-lə münasibətləri aydınlaşdıracaq. Qarşılaşma 3-cülük baxımından əhəmiyyət kəsb edir.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmır.
Super Liqa
VIII tur
1 mart
16:00. “Azərreyl” –“Abşeron”
Azərbaycan Voleybol Federasiyasının idman zalı
18:00. UNEC - “Murov”
Azərbaycan Voleybol Federasiyasının idman zalı
Turnir cədvəli - "Abşeron" - 24 xal, "Azərreyl" - 14, "Murov" - 6, UNEC - 4.