AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfəri zamanı şəhər stadionunda olub.
Fanat.Az xəbər verir ki, milli assosiasiya rəsmisi "Kəpəz" klubunun icraçı direktoru İlqar Nadiri ilə görüşüb.
E.Məmmədov arenada tikintisi davam edən futbol akademiyasında görülən işlərlə tanış olub. Stadiona baxış keçirilib. İlqar Nadiri arenanın mövcud vəziyyəti ilə bağlı qonağa məlumat verib.