Azərbaycan şahmatçısı Rauf Məmmədov Ukraynadakı müharibədə ölkəsini dəstəkləyən rusiyalı qrossmeyster Sergey Karyakini tənqid edib.
Fanat.Az xəbər verir ki, Rauf "Facebook" səhifəsində belə paylaşım edib:
"Biz 24 ildir bir-birimizi tanıyırıq, həmişə normal münasibətimiz olub. Ancaq təəssüf ki, sən təlxəyə çevrilib slavyan qardaşlarının ölümünü dəstəkləyirsən. Həmkarlarımızın neçə gündür bombalara görə sığınacaqlarda qaldığı bir vaxtda təhqiramiz ifadələr yazırsınız. Bir çox şahmatçılar, tanıdığım insanlar evsiz qalıb. Sənə yazığım gəlir.
Mən də ruslara müraciət etmək istəyirəm. Mən bilirəm ki, sizin aranızda kifayət qədər adekvat insanlar var və siz bu soyqırımı və terroru dayandıra bilərsiniz. Küçəyə çıxın və xəstə babanızı sakitləşdirin. Ukraynaya eşq olsun”.
Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.